ABŞ-ın Kubaya qarşı hər hansı bir hərbi müdaxiləsi regionda sülh və sabitlik üçün gözlənilməz nəticələrə gətirib çıxaraqcaq "qanlı qırğına" səbəb olacaq.
Qaziler.az bildirir ki, bunu Kuba prezidenti Migel Dias-Kanel bildirib.
"Kuba təhlükə yaratmır", - Dias-Kanel sosial media platforması X-də paylaşım edərək yazıb.
Kuba liderinin açıqlaması, Axios-un məxfi kəşfiyyat məlumatlarına istinadən verdiyi məlumata əsasən, Kubanın 300-dən çox hərbi dron əldə etdiyini və onlardan ABŞ-ın Quantanamo körfəzindəki hərbi dəniz bazasına, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Florida ştatının Ki-Uest şəhərinə qarşı istifadə planlarını müzakirə etdiyini iddia edən hesabatından sonra verilib.
Son günlərdə iki ölkə arasında gərginlik kəskin şəkildə artıb.
QAZİLER.AZ



