90 milyardlıq kredit üçün əsas sənədlər hələ imzalanmayıb

90 milyardlıq kredit üçün əsas sənədlər hələ imzalanmayıb backend

Avropa İttifaqı (Aİ) və Ukrayna ölkəyə 90 milyard avro məbləğində kreditin verilməsi üçün zəruri olan üç əsas sənədi hələ də imzalamayıblar.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Balaj Uyvari bildirib.

“Kreditin ayrılması üçün imzalanması zəruri olan üç sənədimizin olduğunu təsdiqləyə bilərik”, - o qeyd edib.

Məmurun sözlərinə görə, tərəflər ən çox qarşılıqlı anlaşma memorandumu üzərindəki işdə irəliləyiş əldə ediblər. Lakin digər zəruri sənədlərlə bağlı məsələlər hələ də həll olunmamış qalır.

Xəbərdə qeyd edilib ki, Avropa İttifaqı Ukraynaya kredit verməzdən əvvəl təkcə qarşılıqlı anlaşma memorandumunu deyil, həm də ölkəyə makromaliyyə yardımı proqramını da qəbul etməlidir. Bununla yanaşı, sənəd Kiyevin həyata keçirdiyi islahatlara və onun öhdəliklərinə əsaslanmalıdır. Bundan əlavə, Brüssel Ukrayna tərəfinə yardım fondu haqqındakı əsasnaməyə də dəyişikliklər etməlidir.

QAZİLER.AZ