Mayın 13-də pilotsuz uçuş aparatının (PUA) ölkənin hava məkanına daxil olmasından sonra Moldova Rusiyanın ölkələrindəki səfiri Oleq Ozerovu Xarici İşlər Nazirliyinə çağırıb.
Qaziler.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, səfirə Moldova Respublikasının suverenliyinin və ərazi bütövlüyünün ciddi və qəbuledilməz şəkildə pozulması ilə bağlı etiraz bildirilib.
Mayın 13-də respublikanın Müdafiə Nazirliyi bəyan edib ki, naməlum PUA Moldova dövlət sərhədini Ukraynanın Vinnitsa vilayətinin Moqilyov-Podolski şəhərindən keçib. Qurğu Balti şəhəri üzərində qeydə alınıb, bununla əlaqədar ölkənin şimal hissəsində hava məkanı müvəqqəti olaraq bağlanıb.
QAZİLER.AZ



