Bəqayi qonşu ölkələrə çağırış etdi: Son hadisələrdən dərs çıxarın!

Bəqayi qonşu ölkələrə çağırış etdi:  Son hadisələrdən dərs çıxarın! backend

Yaxın Şərq ölkələri, xüsusən də BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) ABŞ və İsrailin İrana qarşı əməliyyatı ilə bağlı son hadisələrdən dərs çıxarmalı və anlamalıdırlar ki, Amerikanın hərbi mövcudluğu bütün region üçün təhdid yaradır.

Qaziler.az xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayil Bəqayi bəyan edib.

Diplomat vurğulayıb ki, İran Yaxın Şərq ölkələrinin öz ərazilərini ABŞ və İsrailin ixtiyarına verməsinə qəti şəkildə etiraz edir və qonşularını Tehranın region ölkələri arasında nifaq salmağa çalışan düşmənlərinin təsirinə uymamağa çağırır.

Bəqayi, həmçinin İranın daxili işlərinə müdaxilə və sanksiyalara görə ABŞ-yə qarşı iddia qaldırdığını təsdiqləyib.

"Biz ABŞ-nin İranın daxili işlərinə qarışması, məcburi müharibə və sanksiyalara görə Əlcəzair sazişlərinin (1981-ci il) birinci bəndinə uyğun olaraq, İran-ABŞ arbitraj məhkəməsində iddia qeydə almışıq", — deyə XİN nümayəndəsi bildirib.

QAZİLER.AZ