Macarıstan Prezidenti Tamaş Şuyok ölkənin yeni baş naziri Peter Madyarın may ayının sonunadək istefa vermək tələbini geri çevirib.
Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazır.
Şuyok mövcud konstitusiya sistemi çərçivəsində öz vəzifələrini icra etmək niyyətində olduğunu bəyan edib.
"Mənim andım məni yalnız çoxluq və ya azlıq qarşısında deyil, bütün millət qarşısında öhdəlik altında qoyur", — deyə Macarıstan prezidenti bildirib.
O əlavə edib ki, dövlət başçısı postundan getməsi üçün heç bir əsas yoxdur. Şuyok Madyarın onun siyasi legitimliyini itirməsi barədəki iddialarını rədd edib.
Qeyd edək ki, Tamaş Şuyok 5 mart 2024-cü il tarixindən bəri Macarıstan prezidenti vəzifəsini tutur. Onun səlahiyyət müddəti 2029-cu ilə qədər davam edəcək.
QAZİLER.AZ



