Belarus Silahlı Qüvvələri xüsusi nüvə döyüş sursatlarının çatdırılması məsələləri üzrə Rusiya ilə birgə qarşılıqlı fəaliyyətin praktiki icrasına başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Belarus Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.
Döyüş tətbiqi bölmələrinin məşqlərinə həm raket qoşunları, həm də hərbi aviasiya cəlb olunub.
Nazirlikdən verilən məlumata görə, təlimlərdə raket qüvvələri və aviasiyadan olan hərbi bölmələr iştirak edir.
Belarus hərbi qulluqçuları təlimlər zamanı taktiki nüvə silahının idarə edilməsini və istifadəyə hazırlanmasının əsas elementlərini mənimsəyirlər. Qeyd olunub ki, təlimlər ordunun müasir silahlardan istifadəyə hazırlığını artırmaq məqsədi daşıyır.
QAZİLER.AZ



