SARS-CoV-2 koronavirus infeksiyası və onun altvariantları artıq bəşəriyyət üçün təhlükə yaratmır.
Qaziler.az xəbər verir ki, bunu biologiya elmləri doktoru, virusoloq Vladimir Oberemok “RİA Novosti”yə bildirib. Onun sözlərinə görə, bütün dünyada kollektiv immunitet inkişaf etdirilib.
"2020–2022-ci illərdəki ciddi təhlükə artıq geridə qaldı. Bütün dünyada kollektiv immunitet formalaşıb, insanların əksəriyyəti ya yoluxub, ya da vaksinasiya olunub, buna görə də koronavirusa qarşı artıq yaddaş hüceyrələri mövcuddur. Bundan əlavə, virusun daha yaxşı öldürən deyil, daha asan yayılan variantları artır", — deyə Oberemok qeyd edib.
Bununla belə, mütəxəssis gələcəkdə koronavirusun (SARS-CoV-2) yüksək ölüm riski daşıyan yeni variantlarının peyda ola biləcəyini istisna etməyib. O hesab edir ki, bu variantlar tamamilə yeni bir pandemiyaya səbəb ola bilər.
QAZİLER.AZ



