Donald Tramp yadplanetli ilə birlikdə çəkilmiş qeyri-adi şəklini paylaşıb.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ lideri özünün "Truth Social" media hesabında paylaşım edib.
Şəkil tamamilə süni intellekt texnologiyasından istifadə edilərək çəkilib.
Süni intellekt tərəfindən hazırlanmış bu şəkildə Trampın özü, uca boylu bir yadplanetli, bir hərbçi, həmçinin tünd eynəkli və rəsmi kostyumlu şəxslər əks olunub.
Şəkli hazırlayanlar sanki kadrın qorunan hərbi bazada gizlicə çəkildiyi təəssüratını yaradaraq gizlilik ab-havası verməyə çalışıblar.
Görüntüyə təsadüfi şəkilmiş foto təəssüratını vermək üçün şəklin yuxarı hissəsi sanki fotoqrafın barmağı ilə qismən örtülüb.
QAZİLER.AZ



