ABŞ Dövlət Departamenti İsrail və Livan arasında atəşkəsin uzadılması barədə məlumat verib

ABŞ Dövlət Departamenti İsrail və Livan arasında atəşkəsin uzadılması barədə məlumat verib backend

Məhsuldar danışıqlardan sonra İsrail və Livan arasında atəşkəs 45 gün müddətinə uzadılıb.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə mayın 15-də ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqott bildirib.

"ABŞ 14 və 15 mayda İsrail və Livan arasında iki günlük son dərəcə məhsuldar danışıqlar aparıb. 16 apreldə razılaşdırılmış atəşkəs daha 45 gün müddətinə uzadılacaq", - Piqott sosial media platforması X-də (əvvəllər Twitter) yazıb.

O, əlavə edib ki, danışıqların siyasi mərhələsi 2 və 3 iyun tarixlərində bərpa olunacaq və təhlükəsizlik mərhələsi 29 mayda Pentaqonda İsrail və Livan hərbi nümayəndə heyətlərinin iştirakı ilə başlayacaq.

QAZİLER.AZ