Ukrayna-NATO Şurasının növbəti iclası harada və necə keçiriləcək?
Gələn həftə NATO-Ukrayna Şurası qeyri-rəsmi şam yeməyi üçün yığışacaq Tədbir Alyansın Xarici İşlər Nazirlərinin İsveçdə keçiriləcək görüşü çərçivəsində baş tutacaq.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Alyansın Qərargahı tərəfindən açıqlanan iclasın gündəliyinə istinadən məlumat yayıb.
NATO xarici işlər nazirlərinin görüşü 21-22 may tarixlərində İsveçin Helsinqbor şəhərində keçiriləcək.
İlk gün, 21 may tarixində, yerli vaxtla saat 17:15-də nazirlər üçün qəbul keçiriləcək. Bundan sonra NATO-Ukrayna Şurasının üzvləri üçün qeyri-rəsmi şam yeməyi təşkil olunacaq.
QAZİLER.AZ



