Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirdiyi brifinqdə maraqlı an yaşanıb. Axar.az xəbər verir ki, brifinq zamanı müxbirlərdən biri əlində Türkiyə bayrağı tutaraq Putinə sual ünvanlayıb. Kreml rəhbərinə sual verən şəxs isə "Anadolu Agentliyi"nin Rusiya üzrə bürosunun müxbiri Yelena Teslova olub.
Brifinq sonrası mətbuata açıqlama verən Teslova Türkiyə bayrağı ilə Putinə sual verdiyi üçün təzyiqə məruz qalmadığını bildirib:
"Brifinqdə olan yüzlərlə jurnalist hansı kanalı, saytı, ölkəni təmsil etdiklərini bildirmək üçün şəkil və ya bayraqlardan istifadə edirdilər. Mən də sual verərkən Türkiyə bayrağını əlimdə tutdum".