Tələbə məzarlar sayəsində təhsil haqqını ödəyə bildi

Tələbə məzarlar sayəsində təhsil haqqını ödəyə bildi backend

Cənubi Afrikadan olan tələbə təhsil haqqını ödəmək üçün yad məzarları təmizləməyə başlayıb.

Cənubi Afrikada 17 yaşlı tələbə təhsil haqqını ödəməyin qeyri-adi yolunu tapıb: o, tanımadığı yad məzarları təmizləyir.

Qaziler.az bildirir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

Afrikalı tələbə  Sulandri Kotze tibb bacısı olmaq üçün kollec təhsilinin pulunu necə ödəyəcəyini düşünüb.

Qeyri-adi fikir Hupstaddakı baxımsız bir qəbiristanlıqda keçdikdə ağlına gəlib. O, məzar daşlarının çoxunun torpaqla  və alaq otları ilə örtüldüyünü görüb və bu  yerlərinin hörmətə layiq olduğunu düşünüb. 

Bir ay sonra valideynləri sosial mediada elan yerləşdiriblər və o, dərhal beş müraciət alıb. Kotze indi 75 məzara qulluq edir, hər birini ayda iki dəfə təmizləyir və  şəkilləri qohumlarına göndərir.

Qiymətlər məzarın ölçüsündən və işin mürəkkəbliyindən asılıdır.

Tələbənin müştəriləri əsasən uzaqda yaşayan və Hupstaddakı qəbiristanlığı ziyarət edə bilməyənlərdir. Bəzən Kotze və ailəsi qohumları məzarların yerini xatırlamaqda çətinlik çəkdikləri üçün əsl detektiv işi ilə məşğul olmalı olurlar. Sifarişlərin sayı artdıqca Kotzenin atası materialların idarə olunmasını və tədarükünü, anası isə mühasibat uçotunu öz üzərinə götürdü.

Sevgilisi həftəsonları ona kömək edir.

QAZİLER.AZ