Si Cinpin Trampın payızda ABŞ-a səfər etmək dəvətini qəbul edib

Si Cinpin Trampın payızda ABŞ-a səfər etmək dəvətini qəbul edib backend

Çin Xalq Respublikasının sədri Si Cinpin bu payız ABŞ prezidenti Donald Trampın dəvəti ilə ABŞ-a rəsmi səfər edəcək.

Qaziler.az bildirir ki, Çin xarici işlər naziri Van İ bunu mayın 15-də açıqlayıb.

"Prezident Trampın dəvəti ilə Prezident Si Cinpin bu payız ABŞ-a dövlət səfəri edəcək", - nazirin sözləri Çin Xarici İşlər Nazirliyinin saytında yer alıb.

Vanq Yi həmçinin vurğulayıb ki, "müvafiq atmosfer yaratmaq və daha da uğur qazanmaq" üçün hər iki tərəf iki dövlət başçısı arasında görüşə hərtərəfli hazırlaşmalıdır.

Nazirin sözləri Çin Xarici İşlər Nazirliyinin saytında sitat gətirilib.

QAZİLER.AZ