Suriyada Əhrar uş-Şam qruplaşması liderlərindən biri öldürülüb. Axar.az-ın xəbərinə görə, təşkilatın İdlib şəhər əmiri Əbdülsalam Şami döyüşlərdə həlak olub. Onun 1984-cü ildə İdlibin Binniş bölgəsində anadan olduğu bildirilir. Hələb Universitetinin İqtisadiyyat fakültəsini bitirib.
Bir müddət Birləşmiş Ərəb Əmirliyində işləyib. 2013-cü ildə ölkəsinə qayıdaraq Əsəd rejiminə qarşı silahlı müqavimətə qoşulub.