Əgər İran zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməsə, amerikalılar özləri onun ardınca gələcəklər.
Qaziler.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Pekindən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında deyib.
"Münasib zamanda biz ya ora daxil olacağıq, ya da onu əldə edəcəyik. Düşünürəm ki, biz yəqin ki, onu əldə edəcəyik. Lakin əgər əldə edə bilməsək, o zaman ora daxil olacağıq", – deyə Tramp bildirib.
Daha əvvəl Amerika lideri bəyan etmişdi ki, Tehran ilkin olaraq öz zənginləşdirilmiş uranını Vaşinqtona təhvil verməyə razılaşsa da, sonradan fikrini dəyişib.
QAZİLER.AZ



