İran uranın Rusiyaya ötürülməsinə hazır olduğunu bəyan edib

İran uranın Rusiyaya ötürülməsinə hazır olduğunu bəyan edib backend

İran Rusiyanın zənginləşdirilmiş uranın Rusiya ərazisinə çıxarılması barədə təklifini müzakirə etməyə hazırdır, lakin bunun müzakirəsi daha sonraya qalsın.

Qaziler.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib.

"Mən Prezident Vladimir Putinlə görüşmüşəm və biz, sizin qeyd etdiyiniz məsələ də daxil olmaqla, digər mövzuları müzakirə etmişik", – deyə o, Yeni Dehlidə keçirilən mətbuat konfransında agentliyin sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu mövzunun Rusiya tərəfi ilə müzakirəsi daha sonra aparılacaq.

Aprel ayında Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vaşinqton Moskvanın İrandan zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı təklifinə heç bir reaksiya verməyib.

QAZİLER.AZ