"Rusiyanı yalnız güclü Ukrayna dayandıra bilər" - Mark Rütte

"Rusiyanı yalnız güclü Ukrayna dayandıra bilər" - Mark Rütte backend

NATO-nun Baş katibi Mark Rütte iddia edib ki, Rusiyanı yalnız "güclü" Ukrayna "dayandıra" bilər.

Qaziler.az xəbər verir ki, onun sözlərini "Ukrinform" agentliyi sitat gətirib.

Bununla əlaqədar olaraq, o bildirib ki, bütün resursları səfərbər etmək lazımdır. Rüttenin sözlərinə görə, Ukraynaya yardım məsələsi NATO-nun Ankaradakı sammitinin də mərkəzi mövzusu olacaq.

"Ukraynanı çoxsaylı dostları dəstəkləyir. Biz bütün resursları səfərbər etməli və Ukraynanın ehtiyac duyduğu dəstəyi verməyə davam etməliyik. Çünki Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Ukraynaya güclü dəstəyimizi davam etdirmək bizim üçün yenə də prioritet olacaq", – deyə NATO Baş katibi bildirib.

QAZİLER.AZ