Lukaşenko Trampa iki cümləlik mesaj göndərdi

Lukaşenko Trampa iki cümləlik mesaj göndərdi backend

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampa "ən xoş arzularını" çatdırmağı xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.

Belarus rəhbəri Billi Qrem Evangelist Assosiasiyasının prezidenti və baş icraçı direktoru Franklin Qrem ilə görüşüb. O, ABŞ-ın xüsusi elçisi Con Koulun səfəri və danışıqları zamanı ona çatdırdığı ismarıca görə təşəkkür edib.

"Siz yəqin başa düşürsünüz ki, ABŞ prezidenti olmadan münasibətlərimizi qurmaq bizim üçün daha çətin ola bilərdi”, – deyə dövlət başçısı qeyd edib.

Lukaşenko, həmçinin Amerika liderinə Belarusda onun "etibarlı dostları və tərəfdarlarının" olduğunu çatdırmağı xahiş edib.

QAZİLER.AZ