Amerika Birləşmiş Ştatları NATO-dan çıxmayacaq, çünki hərbi bloka üzvlük onların strateji maraqlarına cavab verir.
Qaziler.az xəbər verir ki, bunu LRT telekanalının məlumatıan görə, Finlandiya Prezidenti Aleksander Stubb bəyan edib.
"ABŞ alyansdan çıxmaq niyyətində deyil. Birləşmiş Ştatlar NATO çərçivəsində fəaliyyətini davam etdirəcək. Niyə? Çünki bu, onların fundamental maraqlarına uyğundur. Ona görə də gəlin bu mövzuda boş danışıqlara son qoyaq", – deyə Stubb bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun öz gücünü qlobal səviyyədə nümayiş etdirə bilməsi üçün ABŞ hərbi bazaları lazımdır. Prezident həmçinin qeyd edib ki, Rusiyanın nüvə arsenalı ABŞ və NATO üçün əsas problemdir.
"Amerikanın Avropaya ehtiyacı var. Avropadakı ABŞ bazaları — istər “Ramştayn”, istərsə də başqa bir yer olsun — Birləşmiş Ştatların öz hərbi gücünü qlobal səviyyədə, xüsusən də Yaxın Şərqdə, Asiyada və ya Afrikada nümayiş etdirə bilməsi üçün sine qua non [birmənalı/mütləq şərt] rolunu oynayır", – deyə Finlandiya dövlət başçısı vurğulayıb.
QAZİLER.AZ



