İsveç Rusiya bayrağı altında üzən tankeri Ukraynaya verə bilər

İsveç Rusiya bayrağı altında üzən tankeri Ukraynaya verə bilər backend

İsveçdə saxlanılan "Caffa" quru yük gəmisi Ukraynaya təhvil verilə bilər.

Qaziler.az xəbər verir ki, bunu prokuror Hokan Larsson TV4 telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukrayna artıq gəminin ekstradisiyası üçün sorğu təqdim edib və iddia edib ki, gəmi əvvəllər Rusiya bayrağı altında üzüb və taxıl ixracı üçün istifadə olunub.

Mart ayından bəri Trelleborq limanında lövbər salmış yük daşıyıcısının müsadirə edilməsi ilə bağlı prokurorun qərarına Rayon Məhkəməsi baxacaq. Müsadirə üçün əsasların qanuni olub-olmadığını müəyyən edəcək və gəminin Ukraynaya qaytarılıb-qaytarılmayacağına qərar verəcək.

Larsson izah edib ki, müsbət qərar veriləcəyi təqdirdə İsveç hakimiyyəti bu barədə Ukrayna tərəfinə məlumat verəcək, lakin hələlik nəticə haqqında danışmaq tezdir.

Quru yük gəmisi İsveç polisi və sahil mühafizəsi tərəfindən saxta sənədlərdən istifadə etdiyinə və dəqiq dövlət mənsubiyyəti olmadığına görə saxlanılıb. Rusiya vətəndaşı olan kapitan nəzarətə alınsa da, aprelin sonlarında sərbəst buraxılıb. Ekipaj üzvlərinin əksəriyyəti də rusiyalılar olub və onlar mayın 12-də İsveçi tərk ediblər.

QAZİLER.AZ