Rusiya 14 dövlətə müraciət etdi: “Qara qutu“ açılır

Rusiya 14 dövlətə müraciət etdi: “Qara qutu“ açılır backend

Rusiyaya məxsus Su-24 təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Bununla bağlı əlimizdə bütün lazım olan sübutlar var. APA-nın məlumatına görə, bunu Rusiya Hərbi-Kosmik Qüvvələri komandanının müavini Sergey Dronov Moskvada keçirdiyi brifinqdə bəyan edib.

O bildirib ki, vurulan Su-24 təyyarəsi Türkiyə və onun vətəndaşları üçün heç bir təhlükə törətməyib. Dronov qeyd edib ki, Su-24 Türkiyə sərhədindən 5,5 kilometr aralıda vurulub: "Elə həmin gün Türkiyə rəhbərliyi Rusiya təyyarəsinin Türkiyə sərhədini pozduğunu bəyan edib. Biz bu gün də qeyd edirik ki, Rusiya təyyarəsi Türkiyə hava məkanını pozmayıb. Rusiyanın əlində Su-24-ün Türkiyə sərhədinin pozmadığına dair sübutlar var".

Dronovun sözlərinə görə, vurulan təyyarənin “qara qutusu”nun oxunmasında Çin və Britaniya mütəxəssisləri iştirak edəcək.

Komandan müavini dekabrın 8-də Su-24 təyyarəsinin "qara qutusu"nun Rusiya tərəfinə təhvil verildiyini əlavə edib. "Rusiya prezidentinin tapşırığı əsasında "qara qutu"nun tədqiqatı beynəlxalq ictimaiyyət üçün açıq aparılacaq. Məhz buna görə də biz, 14 dövlətə, beynəlxalq ekspertlərə həmin tədqiqatda iştirak üçün müraciət etmişik".
Diaspora