Litva prezidenti hava məkanını pozan PUA-ları vurmağa çağırır

Litva prezidenti hava məkanını pozan PUA-ları vurmağa çağırır backend

Litva Silahlı Qüvvələri Litva hava məkanını pozan bütün dronları vurmalıdır.

Qaziler.az bildirir ki, Litva Prezidenti Gitanas Nausėda bunu mayın 14-də deyib.

"Litva ərazisinə uçan istənilən dron təhlükə yaradır, çünki əvvəlcə onun haradan gəldiyini, hara getməli olduğunu və ya məqsədinin nə olduğunu belə bilmirik", - “Made in Vilnius” portalı onun sözlərini sitat gətirir.

O, həmçinin qeyd edib ki, sakinlərin təhlükəsizliyi müstəqil bir dövlət kimi Litva üçün əsas prioritetdir.

Bundan əlavə, dövlət başçısının sözlərinə görə, Litva silahlı qüvvələri bu cür dronların məhv edilməsində iştirak etməlidir, deyə Gazeta.Ru əlavə edib.

QAZİLER.AZ