Hindistanda külək kişini 50 metr havaya qaldırdı

Hindistanda külək kişini 50 metr havaya qaldırdı backend

Külək Uttar Pradeş sakinini 50 metr havaya qaldırıb.

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində güclü külək bir kişini təxminən 50 metr hündürlüyə qaldırdı.

Qaziler.az bildirir ki, bu barədə "The Indian Express" qəzeti mayın 14-də məlumat verib.

Sosial mediada kişinin yerdə qalmaq üçün dəmir anbara yapışdığını göstərən video yayılıb. Lakin güclü külək səbəbindən konstruksiya aşıb və onu havaya qaldırıb.

Zərərçəkən hadisədən sağ çıxsa da, çoxsaylı xəsarətlər alıb.

QAZİLER.AZ