İspaniyanın Lorka şəhərində balkonlara paltar asmaq qadağan edilib.
Qaziler.az ensonhaber.com-a istinadən bildirir ki, Lorka şəhərində yerli hökumət şəhərin estetikasını qorumaq üçün eyvanlara paltar asmağı qadağan edib.
İspaniyanın Mursiya bölgəsindəki Lorka şəhərinin yerli hökuməti yeni bir qərar qəbul edib.
Bəzi vətəndaşlar qərarı dəstəkləsələr də, digərləri mənfi reaksiya veriblər.
Qərar, paltarların küçədən görünən şəkildə balkonlara asılmasını qadağan edir.
Yeni qaydalar həmçinin döşəklər, çarpayılar və qaz balonları kimi əşyaların balkonlara qoyulmasını qadağan edir.
Açıqlamada vurğulanıb ki, qərarın əsas səbəbi şəhərin görünüşünü qorumaq və turizm zonalarında daha səliqəli bir görünüş yaratmaq istəyidir.
Balkon barmaqlıqlarına paltar asmaq və ya uyğun olmayan əşyaları saxlamaq kimi kiçik pozuntular 151 avrodan 750 avroya qədər cərimə ilə nəticələnəcək.
Əsas fasadlara daimi paltar qurutma rəfləri quraşdırmaq və ya görünən texniki avadanlıq yerləşdirmək kimi daha ciddi pozuntular üçün cərimə 1500 avroya qədər çata bilər.
QAZİLER.AZ



