Si Cinpin İrana silah verməyəcəyini vəd edib - Tramp

Si Cinpin İrana silah verməyəcəyini vəd edib - Tramp backend

Çin prezidenti Si Cinpin Pekinin Tehrana hərbi yardım göstərməyəcəyinə zəmanət verib.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verim.

Onun sözlərinə görə, Si Cinpin İrana silah verməyəcəyini vəd edib.

Tramp bildirib ki, Si Cinpin münaqişənin həllinə kömək təklif edib.

Tramp mayın 13-dən 15-dək Çinə səfər edəcək.

ABŞ-İran münaqişəsi zamanı Çin dəfələrlə Tehrana hərbi yardım göstərmədiyini bildirib. Bundan əlavə, Pekin böhranın dialoq yolu ilə həllinə tərəfdar olduğunu bildirib.