ABŞ dövlət katibi Ukraynanın bunu necə bacardığını izah edib.
Rusiyanın əhəmiyyətli resurs üstünlüyünə baxmayaraq, Ukrayna silahlı qüvvələri döyüş təcrübəsi və Qərbin dəstəyi sayəsində Avropanın ən güclü ordusuna çevrilib.
Qaziler.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News-a müsahibəsində deyib.
Dövlət katibinin sözlərinə görə, Ukrayna qitədə ən güclü döyüşə hazır silahlı qüvvələrə malikdir.
O, bu statusun iki əsas amilin - geniş döyüş təcrübəsinin və tərəfdaşların sistematik hərbi yardımının kombinasiyasının nəticəsi olduğunu vurğuladı.
"Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri hazırda bütün Avropada ən güclü və ən qüdrətli qüvvədir - əlbəttə ki, bu, əsasən alınan yardım, həm də qazanılan döyüş təcrübəsi sayəsindədir", - Rudio vurğulayıb.
QAZİLER.AZ



