ABŞ Prezidenti Donald Tramp Pekinə səfəri zamanı ÇXR sədri Si Cinpindən İranla münaqişəni nizamlamağa kömək etməsini xahiş etməyib.
Qaziler.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Birləşmiş Ştatların bu məsələdə Çinin köməyinə ehtiyacı yoxdur.
Qeyd edək ki, mayın 14-də Pekində Si Cinpin və Tramp arasında danışıqlar baş tutub. Bu səfər Trampın son doqquz ildə — 2017-ci ildəki ilk prezidentlik dövründən bəri Pekinə ilk gəlişidir.
QAZİLER.AZ



