Hindistan ABŞ-dən xahiş etdi: Rusiya nefti ilə bağlı müddəti uzat

Hindistan ABŞ-dən xahiş etdi: Rusiya nefti ilə bağlı müddəti uzat backend

Hindistan ABŞ-yə müraciət edərək Rusiya neftinin satışına icazə verən və mayın 16-da müddəti başa çatan sənədin qüvvədə olma müddətini uzatmağı xahiş edib.

Qaziler.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

"Yaxın Şərqdəki münaqişənin sonu görünmədiyi üçün Nyu-Dehli rəsmiləri Vaşinqtona xəbərdarlıq ediblər ki, tədarük məsələsi prioritet olaraq qalır, çünki neft bazarında davam edən qeyri-sabitlik geniş fəsadlara yol aça bilər", — deyə "Bloomberg" yazır.

Mənbələr bildiriblər ki, hindistanlılar artıq yemək hazırlamaq üçün istifadə olunan mayeləşdirilmiş qazın (LPG) çatışmazlığı ilə üzləşirlər.

QAZİLER.AZ