Fransada ana və iki övladı bıçaqla məktəbə hücum ediblər

Fransada ana və iki övladı bıçaqla məktəbə hücum ediblər backend

Fransada ana və iki övladı bıçaqla məktəbə basqın edərək şagirdlərə hücum çəkiblər.

Qaziler.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti yazır.

Yerli medianın məlumatına görə, hadisəyə nəzarətçi ilə üçüncü sinif şagirdi arasındakı mübahisə səbəb olub. Yeniyetmə ailəsinə zəng edib və bir neçə dəqiqə sonra onun qohumları silahla məktəbə gəliblər. Şahidlərin sözlərinə görə, ana uşaqları sakitləşdirmək əvəzinə, əksinə, oğlunu daha da qızışdırıb.

Cinayətkarlar məktəbin ərazisinə daxil olaraq nəzarətçini və iki azyaşlı qızı döyüblər. Sonradan polis hər üç nəfəri saxlayıb. Onlara qarşı qrup halında silahla məktəbə daxil olma və zorakılıq törətmə ittihamları irəli sürülüb.

Tuluza prokurorluğu hücum faktı ilə bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə araşdırma başladıldığını bəyan edib. Şübhəlilərin avtomobilində polis bir neçə silah növü - bıçaq, qəssab baltası, gözyaşardıcı qaz balonu və saxta tapança aşkarlayıb.

QAZİLER.AZ