"BƏƏ ABŞ və İsrailin təcavüzünün aktiv iştirakçısıdır" - Abbas Əraqçi

"BƏƏ ABŞ və İsrailin təcavüzünün aktiv iştirakçısıdır" - Abbas Əraqçi backend

İranın xarici işlər naziri Abbas Əraqçi Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) İslam Respublikasına qarşı ABŞ və İsrailin təcavüzündə birbaşa iştirak etməkdə ittiham edib.

Qaziler.az xəbər verir ki, Əraqçinin sözləri İran XİN-in "Telegram" kanalında yer alıb.

Onun sözlərinə görə, bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ və İran arasındakı münaqişə zamanı BƏƏ-yə və Əbu-Dabiyə səfər etdiyi məlum olub.

"Həmçinin bəlli oldu ki, onlar (BƏƏ — red.) bu hücumlarda (İrana qarşı — red.) iştirak ediblər və bəlkə də, hətta bizə qarşı birbaşa fəaliyyət göstəriblər. Buna görə də BƏƏ bu təcavüzün aktiv iştirakçısıdır və buna heç bir şübhə yoxdur", — deyə Əraqçi bildirib.

QAZİLER.AZ