Vens özünü "Evdə tək" filminin baş qəhrəmanı ilə müqayisə edib

Vens özünü "Evdə tək" filminin baş qəhrəmanı ilə müqayisə edib backend

ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Amerika lideri Donald Tramp Çində olduğu müddətdə özünü "Evdə tək" filminin baş qəhrəmanı kimi hiss etdiyini bildirib.

Qaziler.az xəbər verir ki, onun bu sözlərini "TASS" agentliyi sitat gətirib.

"Mən prezidentlə birgə səyahət etmirəm. Bu gün kimi rəsmi günlərdə bəzən özümü Makoley Kalkinin “Evdə tək” filmindəki personajı kimi hiss edirəm", — deyə o, jurnalistlərlə görüşündə etiraf edib.

Vensin sözlərinə görə, Ağ Evdə tam səssizlikdə tək qalmaq onun üçün qeyri-adidir. Hazırda prezident komandasının böyük bir hissəsi onunla birlikdə Pekindədir. Onların arasında ABŞ-nin dövlət katibi Marko Rubio, Pentaqonun rəhbəri Pit Heqset və maliyyə naziri Skott Bessent də var.

QAZİLER.AZ