ABŞ nümayəndələrinin Çin Xalq Respublikasından (ÇXR) olan həmkarları ilə Pekində keçirilən görüşləri səmərəlidir.
Qaziler.az xəbər verir ki, bu barədə mayın 14-də amerikalı sahibkar və milyarder İlon Mask məlumat verib.
"Görüşlər əla keçdi. Çoxlu yaxşı məqamlar var", — deyə "CNN" telekanalı onun jurnalistlərə verdiyi açıqlamadan sitat gətirib.
Mask bu sözləri danışıqların gedişatını qiymətləndirmək və Vaşinqtonun əldə etdiyi nəticələri şərh etmək istəyinə cavab olaraq bildirib.
QAZİLER.AZ



