Fransa polisləri sürücülərə sərxoş marallardan ehtiyatlı olmağı tövsiyə edib.
Qaziler.az xəbər verir ki, bu barədə "UPI" nəşri yazır.
Qeyd olunub ki, Sona və Luara departamentinin polisi yollarda qeyri-ayık vəhşi heyvanlarla toqquşma riskinin artması ilə bağlı sürücülərə müraciət edib.
Zabitlər sosial şəbəkələrdə sərxoşedici maddələrin təsiri altında xaotik şəkildə dairə vuraraq qaçan maralın videosunu paylaşıblar.
Polisin məlumatına görə, marallar və digər heyvanlar bəzi tumurcuqları, qıcqırmış meyvələri və ya çürüyən bitkiləri yedikdən sonra sərxoş ola bilərlər. Bu, heyvanlarda tamamilə gözlənilməz davranışlara - magistral yolu qəfil kəsib keçməyə, səndələməyə, yolun ortasında donub qalmağa və qaçmağa çalışarkən panikaya düşməyə səbəb olur.
QAZİLER.AZ



