Vin Dizel "Forsaj"ın ulduzu Uolkeri xatırlayarkən göz yaşlarına boğulub

Vin Dizel "Forsaj"ın ulduzu Uolkeri xatırlayarkən göz yaşlarına boğulub backend

Aktyor Vin Dizel Kann Kinofestivalı çərçivəsində keçirilən "Forsaj" filminin xüsusi nümayişində etiraf edib. O bildirib ki, Pol Uolkerlə bağlı xatirələrə görə filmi izləmək ona çox çətindir.

Qaziler.az xəbər verir ki, bu barədə onun sözlərini "The İndependent" nəşri dərc edib.

Çıxışı zamanı Vin Dizel emosiyalarını cilovlamaq üçün bir neçə dəfə fasilə verməli olub.

"Bu filmə baxmaq mənə çox ağırdır, çünki orada mənim digərlərindən fərqli qəbul etdiyim çoxlu anlarım var. Sizin gördüyünüz səhnə mənim üçün Pablonun (Vin Dizel Pol Uolkeri bu ləqəblə çağırırdı-red.) mənə biryaşlı qızının olduğunu dediyi anın xatirəsidir", — deyə aktyor bildirib.

Tədbirdə həmçinin Uolkerin qızı Midou da iştirak edib. Dizel gənc qızı "güc mənbəyi" adlandırıb və Polun öz qızı ilə fəxr edəcəyinə əminliyini ifadə edib. O, həmçinin Midounun həmin gün dediyi bu sözləri sitat gətirib: "Mənim 27 yaşım var və mən atamın 27 yaşında çəkildiyi filmə baxıram".

QAZİLER.AZ