Rusiya Əfqanıstanda xarici hərbi bazaların yerləşdirilməsinə qarşı çıxdı

Rusiya Əfqanıstanda xarici hərbi bazaların yerləşdirilməsinə  qarşı çıxdı backend

Rusiya üçüncü ölkələrin hərbi infrastrukturunun Əfqanıstan ərazisinə geri qayıtmasını və ya onunla qonşu dövlətlərdə yeni hərbi obyektlərin yerləşdirilməsini qəbulolunmaz hesab edir.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin müvafiq qurumlarının katiblərinin 21-ci iclasında bəyanat verib.

"Bizim prinsipial yanaşmamız ondan ibarətdir ki, ABŞ və onun müttəfiqləri Əfqanıstandakı 20 illik mövcudluqlarına görə məsuliyyəti tam dərk etməli və münaqişədən sonrakı bərpa işlərinin əsas yükünü öz üzərlərinə götürməlidirlər. Üçüncü ölkələrin hərbi infrastrukturunun Əfqanıstan ərazisinə geri qayıtmasını və ya onunla qonşu dövlətlərdə yeni hərbi obyektlərin yerləşdirilməsini qəbulolunmaz hesab edirik", - deyə Şoyqu vurğulayıb.

QAZİLER.AZ