Hindistanda şiddətli yağış və fırtına nəticəsində 27 nəfər ölüb

Hindistanda şiddətli yağış və fırtına nəticəsində 27 nəfər ölüb backend

Hindistanın Uttar-Pradeş ştatında şiddətli yağış və fırtına 27 nəfərin həyatına son qoyub.

Qaziler.az bildirir ki, Hindistan mediasının məlumatına görə, ştatın bir çox bölgəsinə təsir edən güclü yağışların yaratdığı fırtına elektrik kəsintilərinə və nəqliyyatın hərəkətində problemlərə səbəb olub.

Əlverişsiz hava şəraiti səbəbindən elektrik dirəkləri və ağaclar aşıb, çoxsaylı evlərə və nəqliyyat vasitələrinə ziyan dəyib.

Səlahiyyətlilər bildiriblər ki, ilkin qiymətləndirmələrə görə, güclü külək və toz fırtınaları nəticəsində Prayaqrajda 16, Bhadohidə 6 və Budaunda 5 nəfər ölüb.

Yerli hakimiyyət orqanları zərərin qiymətləndirilməsi və xilasetmə işlərinin davam etdiyini bildiriblər.

QAZİLER.AZ