Amerikalı aktyor 100 yaşında vəfat edib

Amerikalı aktyor 100 yaşında vəfat edib backend

"Konan Barbar" filmindəki rolu ilə tanınan amerikalı aktyor Cek Teylor 100 yaşında İspaniyada vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə "The Hollywood Reporter" qəzeti mayın 12-də məlumat yayıb.

Cek Teylor (Corc Braun Rendall) 21 oktyabr 1926-cı ildə Oreqon Sitidə anadan olub. 1950-ci illərdə Los-Ancelesə köçüb, lakin ömrünün çox hissəsini Madriddə yaşayıb. 

Teylor məşhurluğu Hesus Franko, Roman Polanski, Ridlit Skott və Miloş Forman kimi rejissorlarla əməkdaşlığı sayəsində qazanıb.

"Gazeta.Ru" xəbər verir ki, Teylor 1982-ci ildə "Konan Barbar", "Doqquzuncu qapı" filmlərində rol alıb, həmçinin "1492: Cənnətin fəthi" və "Qoyinin ruhu" filmlərində də rol alıb. İspaniyada o, həmçinin "Sukkubi", "Yevgeniya", "Qraf Drakula", "Qanlı monstrın gecəsi", "Cinsi tamaşa", "Doktor Mabusenin qisası", "Vampir qadın" və "Vudu ehtirası" filmlərində də rol alıb.

QAZİLER.AZ