Avropa İttifaqında (Aİ) tək yaşayan şəxslərin və uşaqsız ailələrin sayı artmaqda davam edir.
Qaziler.az xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.
Belə ki, uşaqsız subay yetkin ailələrin sayı 2016-cı ildən 2025-ci ilə qədər 19,2% artaraq 76,1 milyona çatıb.
Dərc olunmuş məlumatlara əsasən, 2025-ci ildə Avropa İttifaqındakı ailələrin yalnız 23,4%-nin uşağı olub, qalan 76,6%-nin isə uşağı yoxdur. Ən çox yayılmış ailə növü isə ümumi sayın 37,5%-ni təşkil edən subay və tək yaşayan yetkin şəxslər olub.
QAZİLER.AZ



