İsveçrədə iki il davam edən məhkəmə araşdırmalarından sonra məhkəmə həyat yoldaşını blenderdə doğrayan kişiyə hökm oxuyub.
Qaziler.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Hadisənin təfərrüatları həddindən artıq dəhşətli olduğundan, dinləmələr zamanı ictimaiyyətin məhkəmə zalına buraxılmaması barədə qərar qəbul edilib.
Prokuror açıqlamasında bildirib ki, kişinin cinayətdən sonrakı davranışı öz qəddarlığı və absurdluğu ilə inanılmaz dərəcədə olub.
43 yaşlı Mark Riben ömürlük həbs cəzasına məhkum edilib. Bundan əlavə, o, iki qızına təzminat ödəməyə məcbur edilib. Jurnalistlərin sözlərinə görə, hökm oxunarkən kişi heç bir emosiya nümayiş etdirməyib.
İclasdan əvvəl binanın qarşısına izdiham toplaşıb. Onlar qərarı öyrəndikdən sonra bərkdən alqışlayıblar.
Böyük rezonans doğuran cinayət işi, 2024-cü ildə Riberin öz həyat yoldaşı — "Miss İsveçrə" müsabiqəsinin finalçısı Kristina Yoksimoviçə amansız divan tutmasından sonra açılmışdı.
O, qətl törətdikdən sonra bəzi daxili orqanları blender vasitəsilə doğrayaraq püre halına salıb. Həmçinin onun uşaqlığını çıxarıb. Bunu etmək üçün o, əvvəlcədən hazırlaşıb, insan orqanları və onların yerləşməsi barədə məlumatlar oxuyub.
QAZİLER.AZ



