Ukraynaya bir günlük hərbi əməliyyatların neçəyə başa gəldiyi AÇIQLANIB

Ukraynaya bir günlük hərbi əməliyyatların neçəyə başa gəldiyi  AÇIQLANIB backend

Hərbi əməliyyatların bir günü Ukraynaya təxminən 450 milyon dollara başa gəlir.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib.

Ukrayna XİN rəhbəri həmçinin bildirib ki, 2026-cı il onun ölkəsi üçün "sülh məsələsində həlledici" ola bilər, lakin bunun üçün Amerika Birləşmiş Ştatlarının fəal iştirakı tələb olunacaq.

Qeyd edək ki, aprelin 22-də Avropa İttifaqı Ukraynaya 2026–2027-ci illəri əhatə edən 90 milyard avroluq kredit paketini təsdiqləyib. Ümumi məbləğin 60 milyard avrosu silah satınalınması, yerdə qalan 30 milyard avrosu isə Ukraynanın büdcə ehtiyaclarının maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bununla belə, Kiyev borc öhdəliklərini yerinə yetirmək iqtidarında olmadığı üçün, gözlənildiyinə görə, borca xidmət xərclərini Aİ dövlətləri özləri ödəməli olacaqlar.

QAZİLER.AZ