ABŞ-də göyərtəsində 11 nəfər olan təyyarə okeana düşüb

ABŞ-də göyərtəsində 11 nəfər olan təyyarə okeana düşüb backend

Göyərtəsində 11 nəfər olan kiçik təyyarə Amerikanın Florida ştatı sahillərində qəzaya uğrayıb.

Qaziler.az xəbər verir ki, bu barədə "New York Post" (NYP) qəzeti məlumat yayıb.

Qeyd olunur ki, pilot havaya qalxdıqdan sonra nasazlıq barədə məlumat verib. Hava gəmisi sahildən təxminən 80 kilometr aralıda okeana düşüb. Axtarış işlərinə ABŞ Sahil Mühafizəsinin təyyarə və gəmiləri göndərilib.

Məlumata görə, 11 nəfərin hamısı xilas edilərək müayinə üçün Florida xəstəxanalarına çatdırılıb.

Təyyarə qəzasının səbəbləri araşdırılır.

Milli Hava Sürəti Xidmətinin məlumatına görə, Florida ştatının Melburn şəhərində hava şəraiti uçuş üçün əlverişsiz olub. Qəza günü küləyin sürəti saatda 7,6 metrə çatıb. Güclü leysan və ildırım çaxacağı proqnozlaşdırılıb.

QAZİLER.AZ