Cümə günü, mayın 15-də Yerdə maqnit qasırğası gözlənilir.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb Günəşdəki böyük tac dəliyidir. Alimlərin bildirdiyinə görə, təsir zonası artıq Yer kürəsinə doğru yönəlmiş sektora daxil olur.
Məlumatda vurğulanır ki, ondan tamamilə yayınmaq qeyri-mümkündür və proqnoz yalnız zərbənin gücünə əsaslanır.
Əsas ssenari G1–G2 səviyyəli (zəifdən orta səviyyəyə qədər) maqnit qasırğalarını nəzərdə tutur. Bununla belə, alimlər maqnitosferin sakit qalma və ya orta dərəcədə pozulma ehtimalının 15% olduğunu etiraf edirlər.
Mütəxəssislər həmçinin daha əvvəl iki güclü M sinifli partlayışın baş verdiyi 4436 saylı aktiv zonanı da izləyirlər. İstisna edilmir ki, yaxın günlərdə yeni enerji püskürməsi baş verə və Yerə birbaşa zərbə vura bilər.
QAZİLER.AZ



