Polşada mənşəyi məlum olmayan PUA aşkar edilib

Polşada mənşəyi məlum olmayan PUA aşkar edilib backend

Polşa və Ukrayna sərhədi yaxınlığında mənşəyi məlum olmayan dron tapılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Hərbi Jandarmeriyanın nümayəndəsi Dariuş Roskoş məlumat verib. O, dronun 3D çap olunmuş ola biləcəyini bildirib.

"Hərbi Jandarmeriyanın Jajuvdakı şöbəsi Podkarpat vilayətinin Baxuv yaşayış məntəqəsi yaxınlığındakı meşədə dronun tapılmasının təfərrüatlarını araşdırır", — deyə Roskoş bildirib.

QAZİLER.AZ