"Memfis Qrizzliz" komandasının hücumçusu Brendon Klark 29 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, TMZ bu barədə məlumat yayıb.
Onun ölüm səbəbi açıqlanmayıb. İdmançılarla çalışan agentlik X sosial media səhifəsində oyunçunun ölümünü təsdiqləyib və Klarkın ailəsinə başsağlığı verib.
Aprel ayında basketbolçu Arkanzasda sürət həddini aşmaq, qanunsuz ötürmə etmək, narkotik saxlamaq və daşımaqda ittiham olunaraq həbs edilmişdi. Bildirilib ki, o, həmçinin polisdən yayınmağa cəhd edib.
Klark bir sıra zədələr səbəbindən demək olar ki, bütün mövsümü buraxıb. Diz və baldır əməliyyatından sonra sağalmaqda çətinlik çəkib. O, cəmi iki oyun keçirib.
QAZİLER.AZ



