Latviya, Vaşinqtonun Almaniyadakı hərbi mövcudluğunu 5000-dən çox əsgər azaltmaq qərarından sonra öz ərazisində əlavə ABŞ kontingentini yerləşdirməyə hazır olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Biz Amerika müttəfiqlərimizlə bir sıra danışıqlar aparırıq və onlar da bizi nümunəvi müttəfiq adlandırırlar. Buna görə də, biz belə bir inkişafı çox alqışlayırıq", - deyə Latviyanın xarici işlər naziri Baiba Braže Brüsseldə "Bloomberg" TV-yə verdiyi müsahibədə bildirib.
Tramp administrasiyasının Almaniyadan qoşunların bir hissəsini çıxarmaq qərarı NATO daxilində ABŞ-ın Avropadakı hərbi mövcudluğunun davam etməsi ilə bağlı narahatlıqları artırıb. Bu fonda alyansın şərq cinahındakı ölkələr Amerika qüvvələrini öz ərazilərinə cəlb etməyə çalışırlar.
Bir qədər əvvəl Polşa da əlavə ABŞ qoşunlarını yerləşdirməyə hazır olduğunu bildirib.
NATO və Avropa Birliyinin üzvü olan Latviya, Vaşinqtonun Avropadakı ən sadiq müttəfiqlərindən biri hesab olunur.
QAZİLER.AZ



