Dəhşətli iddia: ChatGPT atıcıya "uşaqları hədəf al" tövsiyəsi verib

Dəhşətli iddia: ChatGPT atıcıya "uşaqları hədəf al" tövsiyəsi verib backend

Süni intellekt çat-botu ChatGPT ABŞ-də məktəbdə atəş açan şəxsə daha çox diqqət çəkmək üçün uşaqları hədəf almağı məsləhət görüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Metro” nəşri yazır.

2025-ci ilin aprelində Florida ştatındakı universitetdə baş vermiş kütləvi atışma nəticəsində həlak olan kişinin xanımı “ChatGPT”nin yaradıcısı olan "OpenAI" şirkətinə qarşı iddia qaldırıb. İddiaçı iddia edir ki, süni intellekt atıcıya qurbanların sayını maksimuma çatdırmaq üçün tövsiyələr verməklə hadisəyə şərait yaradıb.

Həyat yoldaşı Tiru Çabbunu itirən Vandana Coşi bildirib ki, "OpenAI" risklərdən xəbərdar olub.

Məhkəmə sənədlərinə görə, müttəhim Feniks İkner daha çox insanı vura bilmək üçün hücumun vaxtı və yerinin seçilməsi, həmçinin hansı silahdan istifadə edilməsi barədə ChatGPT ilə məsləhətləşib. İddia olunur ki, çat-bot bildirib ki, əgər hadisədə uşaqlar iştirak edirsə, hətta iki-üç qurban belə çox diqqət çəkə bilər".

"OpenAI" nümayəndəsi Dryu Pusateri çat-botun bu dəhşətli cinayətdə iştirak ittihamlarını rədd edib. O vurğulayıb ki, ChatGPT internetdəki açıq mənbələr əsasında faktiki cavablar təqdim edib, qanunsuz və ya zərərli fəaliyyəti təşviq və ya təbliğ etməyib.

QAZİLER.AZ