Tramp çıxışı zamanı başı üzərindən uçan quşdan qorxdu - VİDEO

Tramp çıxışı zamanı başı üzərindən uçan quşdan qorxdu - VİDEO backend

ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında çıxışı zamanı üzərindən uçan quşu dron zənn edərək hürküb.

Qaziler.az xəbər verir ki, bu barədə kadrlar Amerika liderinin rəsmi iqamətgahının saytında yayımlanıb.

Görüntülərdə Trampın qorxu ilə nitqini kəsdiyi və göyə baxdığı görünür. Lakin o, səhvini tez anlayaraq zarafat etməyə çalışıb.

"Oy-oy, elə bildim ki, bu drondur", — deyə o, ətrafdakıların gülüşü fonunda bildirib.

ABŞ Prezidenti əlavə edib ki, hazırda istənilən ölçüdə pilotsuz uçuş aparatları istehsal olunur. Onun sözlərinə görə, onlar olduqca dağıdıcı ola bilərlər.

QAZİLER.AZ