Prokurorluq “Dоjd“ telekanalında qanun pozuntuları aşkar edib

Prokurorluq “Dоjd“ telekanalında qanun pozuntuları aşkar edib backend

Rusiyada Ostankino prokurorluğu “Dojd” telekanalında əmək qanunvericiliyi və yanğın əleyhinə təhlükəsizlik qaydaları ilə bağlı pozuntuların aşkar olunduğunu bildirib.

Qaziler.az BBC-yə istinadən bildirir ki, prokurorluğun rəsmi saytında deyilir ki, yoxlamalar vaxtı üzə çıxmış pozuntular kobud deyil və təsbit edilmiş qaydada aradan qaldırıla bilər.

Bununla yanaşı, yayım şirkətində ekstremizmlə bağlı keçirilən yoxlamanın yekunları barədə məlumat verilmir.
Fərdi kanalda yoxlama dekabrın 7-də başlayıb.
Məlumata görə, onun aparılmasına səbəb “terrorçuluq və ekstremizmə müqavimət haqqında qanunun” tələblərinin yerinə yetirilməsilə bağlı vətəndaşların müraciətləri olub.
ATƏT bildirib ki, yoxlamalar silsiləsi müstəqil KİV-in işinə müdaxilə kimi qiymətləndirilə bilər.
Diaspora