Britaniya hökumətinin bugünkü iclasında altı nazir krallığın baş naziri Kir Starmerə istefa verməli olduğunu deyəcək.
Qaziler.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hökumət başçısının istefasının zəruriliyi barədə daxili işlər naziri Şabana Mahmud, müdafiə naziri Con Hili, energetika təhlükəsizliyi və karbon neytrallığı naziri Ed Milibend, mədəniyyət, media və idman naziri Liza Nendi, xarici işlər naziri İvett Kuper və səhiyyə naziri Ues Stritinq razılığa gəliblər.
Gözlənilir ki, Starmer vəzifəsindən kənarlaşdırılma cəhdlərinə qarşı mübarizə aparacaq.
"Onun gedib-getməyəcəyi həqiqətən açıq sualdır", - nəşrin mənbəsi qeyd edib.
Lakin Kir Starmeri digər nazirlər — maliyyə naziri Reyçel Rivz, təhsil naziri Bricit Fillipson, əmək naziri Pet Makfadden və konstitusiya məsələləri və Avropa İttifaqı ilə münasibətlər üzrə nazir Nik Tomas-Saymonds dəstəkləyəcək. Onlar hesab edirlər ki, indi maliyyə bazarlarına təsir göstərə biləcək liderlik mübarizəsinin "vaxtı deyil".
QAZİLER.AZ



