Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus "MV Hondius" laynerinin 11 sərnişinində hantavirusa yoluxma faktının aşkar edildiyini bildirib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
“Hazırda on bir xəstəlik halı qeydə alınıb, onlardan üçü ölümlə nəticələnib. On bir halın hamısı gəminin sərnişinləri və ya ekipaj üzvləri arasındadır”, — deyə o qeyd edib.
Qebreyesus vurğulayıb ki, on bir xəstədən doqquzunda "Andes" virusu təsdiqlənib, digər iki halda isə bu, hələlik ilkin diaqnozdur.
Mayın 5-də ÜST xəbərdarlıq etmişdi ki, "MV Hondius" kruiz laynerində vaksini olmayan ölümcül "Andes" virusunun alovlanması baş verə bilər.
QAZİLER.AZ



